Boşanma Vəkili
Boşanma vəkili tutmaq son dərəcə ağır bir qərar ola bilər. Nəticə etibarilə boşanma vəkiliniz şəxsi həyatınız və boşanma prosesinizlə bağlı ən intim məlumatları öyrənib sizə ən düzgün qərarlar qəbul etməkdə kömək edəcək mütəxəssis olmalıdır. Vəkil boşanma prosesinizə əvvəldən axıra qədər tam iştirak edə biləcəyi kimi sizinlə son dərəcə məhdud şəkildə də əməkdaşlıq edə bilər.
Adətən siz və həyat yoldaşınız öz boşanma müqaviləsini hazırlamaq qabiliyyətinizə güvənirsinizsə, vəkil ehtiyacını ilkin məsləhət və məlumatlar, yekun qiymətləndirmə və rəy vermə ilə məhdudlaşdıra bilərsiniz.
Boşanma vəkili tutmaq istədiyiniz zaman, «boşanma» sözünün ağırlığına əlavə olaraq yaxşı vəkil tapana qədər ya ofisdən ofisə gedib mövzunu müzakirə etmək, ya da internetdəki vəkil reklamlarına baxaraq başınızı qatmaq məcburiyyətindəsiniz.
Ailə hüququnda təcrübəli bir vəkil tutmaq lazımdır.
İşlədiyiniz vəkil anlaşılması çox çətin olan hüquqi sənədlərin rəsmi və texniki dilindən yox, sadə danışıq dilindən istifadə edərək prosesi izah etməlidir.
Vəkil sizin etibar etdiyiniz və özünüzü rahat hiss etdiyiniz biri olmalıdır, çünki özünüz və evliliyiniz barədə son dərəcə şəxsi məlumatları ortaya qoymaq məcburiyyətindəlik. Bu mövzuda vəkil kimi seçdiyiniz şəxs hadisələrə kənardan qərəzsiz nəzərlə baxaraq hamı üçün məqbul nəticəyə gələ bilər.
Kiçik uşaqlarınız varsa boşanma zamanı ilk növbədə uşağınızın ehtiyaclarını ön plana çəkən, uşaq dəstəyinə qarşı ağlasığmaz tələblər irəli sürmədən ya da inandırıcı uşaq qəyyumluğu (velayet) və görüş düzenlemeleri (ziyaret düzenlemeleri) qurmaqda sizə kömək edəcəyini bildirən vəkil axtarın.
Və nəhayət, vəkilinizin müvafiq bacarıq və təcrübəyə sahib olması tələb olunur.
MÜVAFIQ BACARIQ VƏ TƏCRÜBƏ
Qədim bir atalar sözü deyir: «At sahibinə görə kişnər». Bu ifadə vəkil üçün hər hansı digər peşəkar üçün olduğu kimi doğrudur. Ailə hüququ vəkili seçdiyiniz zaman sizin üçün işi görmək üçün lazımi hüquqi bacarıq və biliyə sahib bir dost qazanmış olursunuz.
Boşanma müqaviləsinin müzakirəsində köməyə ehtiyacınız varsa ideal vəkil problem həll edəndir, insanlarla yaxşı işləyir, kompromissə meyillidir və məhkəmədə özünü rahat hiss edir. Siz və həyat yoldaşınızın məhkəməyə getmək niyyətiniz olmasa da vəkilin iş statistikası və məhkəmədəki uğur tarixi, həyat yoldaşınızın vəkili ilə danışıqlar aparmaq qabiliyyəti müəyyən qədər əlavə üstünlük verə bilər.
Əvvəldən boşanma işini məhkəməyə verdiyinizi bilsəniz məhkəmə zalında təcrübəsi olan vəkil tələb edin. Bütün vəkillər hər mövzuda kifayət qədər hazırlıqlı olmaya bilər.
Görüşdüyünüz vəkil öz yurisdiksiyasındakı ailə hüququ hakimlərini tanıyırsa bu çox faydalıdır. Davanıza baxma ehtimalı yüksək olan hakimin məhkəmə zalındakı üslubunu və hakimin sizinkiinə bənzər əvvəlki davaları necə həll etdiyini bilmək vəkilinizə hüquqi strategiyasını və üslubunu həmin hakimə uyğunlaşdırmaqda kömək edir.
Vəkil tutmaq qərarınızda vəkilin çox gözəl ofisi var deyə aldanmayın. Bahalı binada yaraşıqlı ofis vəkilin hüquqi bacarıqlarının yetərliliyi haqqında heç nə demir.
Eyni zamanda hüquqi təmsilçiliyiniz ehtiyaclarınıza uyğun və ya yüksək keyfiyyətli olsun deyə vəkilə xeyli pul ödədiyinizdən vəkilin fiziki görünüşünün sizi etkiləməsinə icazə verməyin.
Maliyyə vəziyyətiniz mürəkkəbdirsə razılaşdığınız vəkil boşanmanızla bağlı mövzuları və qanunları möhkəm şəkildə izah etməli, maliyyə mütəxəssisi kimi biliyə sahib digər vəkillər və ya maliyyə ekspertləri ilə sıx əməkdaşlıq etməlidir. Unutmayın ki boşanma müqaviləsinin müzakirəsi evliliyinizi sona çatdırmaq kimi maliyyə məsələlərini əhatə edir.
Sənədlərinizi nəzərdən keçirməkdən daha çox iş görməsi üçün vəkilə etibar edirsinizsə şəxsi həyatınız, evliliyiniz və maliyyənizlə bağlı təfərrüatları paylaşmağa hazır olmalısınız. Bu səbəbdən sizi təmsil edən şəxsə rahat şəkildə güvənməyiniz lazım gələcəkdir.
Bundan əlavə vəkiliniz boşanmanıza dair əsas fəlsəfənizi və ya münasibətinizi paylaşmalı və dəstəkləməlidir. Məsələn, işləri mümkün qədər sakit, qarşılıqlı anlaşma əsasında və rəsmi olmayan şəkildə həll etmək istəyirsinizsə «ciddi qaydalara sahib» vəkillərdən uzaq durun.
Vəkilinizi terapevtinizlə və ya mentorununuzla qarışdırmayın. Vəkillə görüşmə saati artdıqca, hüquqi sual üçün zəng etmənizdən və ya həyat yoldaşınız haqqında şikayət etmənizdən asılı olmayaraq ödəniş artır.
Ödəniş:
Hüquqi yardıma xərcləyəcək çox pul yoxdursa təcrübəli bir peşəkar əvəzinə nisbətən az təcrübəli vəkil tutmaq məcburiyyətindəliksiniz. Yeni vəkillər uzun illərdir hüquq tətbiq edən və artıq möhkəm nüfuza sahib vəkillərə nisbətən daha az xərc tələb etmə meylindədirlər. Bununla yanaşı perspektivli gənc vəkillərlə işləməyin potensial üstünlüyü vardır. Yaxşı ad qazanmaq istəyən vəkil təcrübəli vəkilə müqayisədə bir qədər daha çox işləməyə razı ola bilər.
Ailə hüququ vəkillərinin çoxu boşanmanızın tələb etdiyi ümumi vaxt və əmək həcminə əsaslanaraq sabit bir haqq almağa razılıq verir.
Boşanma işini yekunlaşdırmaq üçün nə qədər vaxt lazım olduğunu qabaqcadan müəyyən etmək çətindir, çünki heç bir vəkil boşanmanın necə gedəcəyini dəqiq bilmir.
Hüquqi tələbləriniz çox spesifik və son dərəcə məhduddursa məsləhət haqqı qəbul etməyə hazır olan vəkil tapa bilərsiniz, məsələn, yalnız doldurmaq üçün bəzi sənədlərə ehtiyac duyursunuzsa.
Vəkilin iş haqqı onun kənd yerlərindəmi, yoxsa şəhərdəmi fəaliyyət göstərməsindən də asılıdır.
